BAKI, 5 mart. TELEQRAF
PKK terror təşkilatının ləğvi ilə bağlı qurultay aprel ayında keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə türkiyəli jurnalist Abdulkadir Selvi məlumat verib.
“PKK-nın qurultayının apreldə baş tutacağı gözlənilir. Qurultay toplanaraq silahı yerə qoymağa qərar verəcək, PKK isə özünü ləğv edəcək. Abdullah Öcalanın PKK-nın ləğvi və tərksilah olmaq çağırışı qurultayda öz əksini tapacaq. Burada məqsəd üzümü yeyib üzümçünü döymək deyil. Asan məsələ deyil, Türkiyəyə 50 ilə başa gələn problemi həll edirik”, - jurnalist bildirib.