BAKI, 5 mart. TELEQRAF

PKK terror təşkilatının lideri Abdullah Öcalanın çağırışı ilə bağlı təşkilatın Qəndildəki (İraq) əsas düşərgəsindən açıqlama gəlib.

Teleqraf xəbər verir ki, PKK liderlərindən biri və təşkilata bağlı KCK adlı strukturun üzvü Mustafa Karasu çağırışla razılaşdıqlarını bildirib.

“PKK-nı ləğv edib silahlı mübarizəyə son qoyacağıq. Bu barədə heç kimin şübhəsi olmasın”, - terrorçu deyib.

Karasu Öcalanın çağırışı ilə qurultaya getməyə qərar verdiklərini də açıqlayıb.

Xatırladaq ki, KCK, tam adı “Kürdüstan İcmaları Birliyi” olan qurum Öcalanın nəzəriyyəsini irəli sürdüyü “demokratik konfederalizm” çərçivəsində qurulan çətir təşkilatıdır. KCK-ya PKK, PYD (Suriya), PJAK (İran) və PCDK (Suriya) daxildir.