
BAKI, 4 mart. TELEQRAF
İsveçrə Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı tərəfindən əvvəllər təsdiq edilmiş bir sıra məhdudlaşdırıcı tədbirləri qəbul edərək, sanksiyalar siyahısını genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında verilən açıqlamada qeyd olunur.
Məlumatat görə, qərar yerli vaxtla saat 22:00-da qüvvəyə minəcək.
Ölkədə 35 şirkət və 48 fiziki şəxsin aktivlərinin və daşınmaz əmlakının dondurulacağı dəqiqləşdirilir. Sanksiyalar Rusiya hərbi kompleksinə dəstək verən şəxslərə də şamil olunur.
İsveçrənin yeni məhdudiyyətləri siyahısına Rusiyanın “kölgə donanması"nın bir hissəsi olduğu iddia edilən üçüncü ölkələrin 74 gəmisi də daxildir. Ticarət sahəsində də daha 53 təşkilat üçün sərt ixrac nəzarəti tətbiq olunacaq.