
BAKI, 5 mart. TELEQRAF
Azərbaycan Teatr Xadimləri İttifaqında fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının "BAXIŞ - 5" festivalı başlayıb.
Teleqraf xəbər verir ki, 4 gün davam edəcək festivalda səhnə laboratoriyalarında hazırlanmış tamaşalar teatrsevərlərə təqdim olunacaq.
İttifaqın sədr müavini, Əməkdar artist Azad Şükürov çıxış edərək, festivalın əhəmiyyətindən danışıb.
Sonra festivalın ilk tamaşası Aleksandr Puşkinin eyniadlı əsəri əsasında hazırlanan "Motsart və Salyeri" göstərilib.
Quruluşçu rejissoru Anar Atakişiyev olan səhnə əsərində rolları Əli Nurzadə və Məhəmməd Gülmalıyev ifa edib.