BAKI, 4 mart. TELEQRAF

Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının Fələstin məsələsinə həsr olunmuş fövqəladə sammiti başlayıb.

Teleqraf xəbər verir ki, sammitdə 22 ərəb dövlətinin rəhbərləri, yüksəksəviyyəli nümayəndələri, XİN başçıları, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir.

Tədbirdə Qəzzanın bərpası ilə bağlı Misirin təklif etdiyi plan müzakirə olunur. Həmçinin Fələstin polisinin Qəzzada təhlükəsizliyi və asayişi qorumasına dəstək, sülhməramlı qüvvələrin yerləşdirilməsi imkanları və digər məsələlər müzakirə olunacaq mövzular arasında yer alır.