
BAKI, 4 mart. TELEQRAF
Finlandiya Prezidenti Alexander Stubb deyib ki, Ukrayna de-fakto NATO üzvü olmalıdır.
Teleqraf xəbər verir ki, o, bu barədə Londonda keçirilən Ukrayna Sammitindən sonra CNN-ə müsahibəsində bildirib.
Son həftələrdə Avropa ölkələri arasında "uyğunsuzluq" olduğunu və heç bir planın olmadığını qeyd edən Stubb söyləyib: "Londondan daha optimist qayıtdım, düşünürəm ki, bir planın konturunu görməyə başlayırıq. Sülh planının birinci mərhələsi Ukraynanın hərbi və iqtisadi cəhətdən gücləndirilməsi, eləcə də sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasını əhatə etməlidir. Ukraynanın rəhbərlik etdiyi və Avropanın dəstəklədiyi təhlükəsizlik tənzimləmə sisteminin yaradılması olduqca vacibdir".