TBİLİSİ, 4 mart. TELEQRAF

“Gürcüstanın Orta Dəhlizdə bağlayıcı funksiyasını inkişaf etdirmək əsas vəzifələrdən biridir və bu baxımdan, ümumilikdə Mərkəzi Asiya ölkələri, xüsusən də Özbəkistanla əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Daşkənddə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan iqtisadi əlaqələrini mümkün qədər genişləndirir.

“Son 4 ildə ölkəmizdə orta iqtisadi artım 10 faiz olub və biz bu ilə çox yaxşı başlamışıq. Yanvarda bu göstərici 11,1 faiz təşkil edib. Bizim üçün ən vacib olanı tempi saxlamaq və iqtisadi inkişafı daha da gücləndirməkdir. Bu baxımdan,Özbəkistanla ikitərəfli əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edəcək”, - İ. Kobaxidze bildirib.