
BAKI, 4 mart. TELEQRAF
Hələlik ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsində heç bir dəyişiklik baş verməyib. Bu əməkdaşlıq xətti silah təminatından fərqlidir.
Teleqraf xəbər verir ki, bu barədə “RBC-Ukrayna” telekanalına hərbi-siyasi dairələrdən məlumat verib.
“Kəşfiyyat məlumatlarının ötürülməsi və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələ heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - qurumdan kanala bildirilib.
“The Economist” qəzetinin jurnalisti Oliver Kerroll da X sosial media səhifəsində yazıb ki, kəşfiyyat məlumatlarının ötürülməsi və ya ABŞ-nin hərbi dəstəyinin hər hansı digər əsas aspektində heç bir dəyişiklik olmayıb.
“Tərəfdaşlarımız bizə heç bir rəsmi qərarın olmadığını dedilər”, - jurnalist qeyd edib.
Xatırladaq ki, bundan əvvəl “Reuters” və “Bloomberg” agentlikləri ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verdiyi barədə məlumat yayıb.