
NAFTALAN, 4 mart. TELEQRAF
Naftalanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "VAZ 2106" markalı avtomobillə "VAZ 2109" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 46 yaşlı İ.S. müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.