BAKI, 23 fevral. TELEQRAF

"Zirə" və "Kəpəz" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XXIV tur matçı təxirə salınıb.

Teleqraf xəbər verir ki, bu barədə qərarı oyunun baş hakimi Rauf Cabbarov qəbul edib.

Səbəb kimi əlverişsiz hava şəraitinin qarşılaşmanın keçirilməsinə törədəcəyi maneə göstərilib.

Matçdan öncə meydança təmizlənsə də, aramsız qar süni örtüyü yenidən topun hərəkəti üçün problemli vəziyyətə gətirib. Buna görə də qarşılaşmanın qeyri-müəyyən müddətə təxirə salınması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, əvvəlki 4 oyunda "Neftçi" evdə "Sumqayıt"ı, "Turan Tovuz" səfərdə "Şamaxı"nı məğlubiyyətə uğradıb - 1:0. "Araz-Naxçıvan" evdə "Səbail" komandası ilə 0:0, "Qarabağ" "Sabah"la 1:1 hesablı heç-heçə edib.