
ŞAMAXI, 23 fevral. TELEQRAF
"Mövsümün sonunda necə olacağını bilmirik".
Teleqraf xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Şamaxı" komandasını 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.
Türkmən mütəxəssis oyunun çətin keçdiyini deyib: "Hava durumuna görə çətin oyun alındı, amma şərtlər hər iki tərəf üçün bərabər idi. Bizim də, rəqibin də müəyyən imkanları oldu. Qələbə qazandığımız üçün şadıq".
Berdıyev oyunun idarəetməsindən razı qaldığını da bildirib: "Hakimlər oyunu yaxşı idarəetdilər."
O, daha sonra komandasının durumunu şərh edib: "Oyuna-oyuna hazırlaşırıq və fikrimiz ancaq növbəti rəqibdə olur. Mövsümün sonunda necə olacağını bilmirik".