
ŞAMAXI, 23 fevral. TELEQRAF
“Burda VAR-ın olmaması mane olurdu, başqa maneə yox idi. Bəlkə də rəqib özünü sığortalamaq üçün bəyanat yaydı”.
Teleqraf xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXIV turunda evdə “Turan Tovuz”a 0:1 hesabla məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis məğlubiyyəti belə şərh edib:“Əvvəlcə azarkeşlərimizə “çox sağ ol” deyirik ki, bu soyuq havada komandamızı dəstəklədilər. Oyun haqda qısa danışacam. Biz oynadıq, “Turan Tovuz” qələbə qazandı. Bir epizoda girdilər, o da qol oldu. Hardasa 3 dəfə yüzfaizlik qol epizodunu dəyərləndirə bilmədik. Təəssüf ki, lazım olan bir qolu vura bilmədik. Gələn oyunlara baxacağıq, çempionat davam edir”.
A.Abbasov gərgin hava şəraitində qarşı tərəfin oyunu təxirə salmaqla bağlı müraciətinə belə münasibət bildirib: “Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsi qənaətbəxşdir dedikdən sonra biz oynamalıydıq. Oyundan öncə olan proseslərdir. Çətin oyun idi, mübarizəli idi. Baş hakim Kamal Umudlu da əlindən gələni etdi. Amma bir-iki epizod oldu ki, VAR-a getmək olardı. Fikrimcə, belə böyük səhv olmadı”.
Təcrübəli mütəxəssis yeni hücumçu axtarışında olduqlarını da qeyd edib: “Belajdi Pusinin gedişi buzim üçün böyük itki oldu. Amma həm futbolçunu, həm klubu fikirləşdik. Bir məşqçi olaraq indiki vaxtda əsas oyunçumun getməsini hrç vaxt istəməzdim. Amma Belajdini Azərbaycana mən dəvət etmişdim. Onu Albaniya birinci liqasından “Turan Tovuz”a, ordan “Şamaxı”ya gətirdik. “Şamaxı”nı seçməsində vasitəçi oldum. Amma Belajdinin bundan öncə də yaxşı təklifləri vardı. Orda futbolçunu başa düşürdük, çünki böyük məbləğ yox idi. Rusiya Premyer Liqasına Azərbaycandan nadir hallarda barmaqla sayılacaq qədər futbolçu transfer olunub. Bu gün Belajdini ora qazandırmaq bizi sevindirir. Digər tərəfdən klubun bəzi problemlərini də həll etməyə kömək olacaq. Bu ətrafda fikirləşirik. Yeni hücumçu axtarışlarımız davam edir. Xeyirli qərar verəcəyik. Cəlal Hüseynov isə gəldikdən sonra iki oyun əsas heyətdə oynadı. Bilirsiniz, Cəlal iki ildir Azərbaycan çempionatında yoxdur. Öz komnadasında birinci il yaxşı çıxış etsə də ikimci il az şans qazandı. Məşqlərdə yaxşıdır, şans da verəcəyik. Önəmli oyunçularımızdandır. Bu gün az oynaması o demək deyil ki, Cəlala inamı azdır”.
Qeyd edək kİ, “Şamaxı” hazırda 21 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.