
BAKI, 23 fevral. TELEQRAF
Son sutkada Ukrayna Silahlı Qüvvələri Kursk istiqamətində 200-dən çox hərbçisini və iki sursat anbarını itirib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Ukrayna ordusuna məxsus 2 piyada döyüş maşını, 2 zirehli transportyor, 14 zirehli döyüş texnikası, 14 avtomobil, M270 MLRS reaktiv yaylım atəşi sistemi, döyüş sursatı daşıyan maşın, 2 artilleriya qurğusu, 4 minaatan və bir radioelektron mübarizə stansiyası zərərsizləşdirilib.