BAKI, 23 fevral. TELEQRAF

Svetoforlar və onların idarəetmə qurğuları diqqətdə saxlanılır, yarana biləcək texniki problemlər dərhal həll edilir.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar və texniki heyətin sayı artırılıb.