BAKI, 8 dekabr. TELEQRAF
Bu gün keçirilən görüş zamanı Qafqazda “3+3” əməkdaşlıq platforması ətrafında da ətraflı fikir mübadiləsi apardıq.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi bu gün Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu formatın region ölkələri arasında etimadın artırılmasına, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verdiyini qeyd etdik. Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin təmin olunmasını əsas prioritet hesab edir, bu istiqamətdə göstərilən bütün birgə səyləri yüksək qiymətləndirir və dəstəkləyirik”, - o qeyd edib.