BAKI, 8 dekabr. TELEQRAF
"İranlı həmkarıma Ermənistan və Azərbaycan arasında baş verən son hadisələr, bölgədəki gedən inkişaflar barədə ətraflı məlumat verdim”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Paralel olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri böyük önəm kəsb edir. 50 mindən artıq insanın işğaldan azad olunmuş doğma yurdlarına qayıdaraq yaşaması, çalışması, təhsil alması təmin edilib. İşğal dövründə 67 məsciddən 65-i dağıdılıb, onların bərpası davam etdirilir. Bəziləri artıq bərpa olunub. Təəssüf ki, mina təhdidi davam edir, minatəmizləmə əməliyyatları aparılır".
Nazir Yaxın Şərqdə gedən proseslər ətrafında faydalı müzakirə aparıldığını vurğulayıb: "Həm Azərbaycan, həm də İran geniş coğrafiyada sülh, əmin-amanlığın bərqərar olunmasının tərəfdarıdır".