BAKI, 8 dekabr. TELEQRAF

"Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi davam edir və layihənin 2026-cı ilin ilk yarısında tamamlanması nəzərdə tutulur".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Biz bu çərçivədə birgə əməkdaşlığımızı davam etdiririk”, - o qeyd edib.