BAKI, 8 dekabr. TELEQRAF

Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dekabrın 8-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi zamanı bildirib.

Qəbula görə təşəkkürünü bildirən Abbas Əraqçi, ilk növbədə, İranın Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırıb:

“İranın dövlət başçısının Prezident İlham Əliyevə və Azərbaycana böyük hörməti var. Məsud Pezeşkianın İran Prezidenti seçilməsindən sonra Azərbaycanla əlaqələri daha da inkişaf etdirməklə bağlı tapşırıq verib”.

İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.