BAKI, 4 dekabr. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclası çərçivəsində dekabrın 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan-Aİ əməkdaşlığı gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müşahidə olunan müsbət dinamikanı alqışlayıb və enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və yaşıl keçid sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Ceyhun Bayramov qarşı tərəfi regional inkişaflar barədə məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyi təşviq etmək istiqamətində səyləri barədə geniş məlumat verib.