BAKI, 3 dekabr. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 4-5 dekabr tarixlərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.