BAKI, 24 noyabr. TELEQRAF

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.