BAKI, 8 avqust. TELEQRAF
Prezident İlham Əliyevi Vaşinqton danışıqlarında müşayiət edən Azərbaycan nümayəndə heyəti Ağ Evə yola düşüb.
Teleqraf xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, xarici işlər naziri Ceyhun Bayramov, Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-polkovnik Orxan Sultanov, Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimli və başqaları daxildir.
Qeyd edək ki, hazırda Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
Bu gün eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin D.Trampla görüşü olacaq.
Daha sonra isə ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinin açılması, regionda sülhün möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.