BAKI, 28 may. TELEQRAF

"İlk dəfə Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli zirvə görüşü Qazaxıstanın paytaxtı Astanada keçirilib".

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında keçirilən Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü zamanı bildirib.

"Bu əlamətdar hadisə ölkələrimiz arasında əməkdaşlığın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün isə biz Laçındayıq. Azərbaycanın göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik. Azərbaycanın Laçın rayonu 30 ildən sonra işğaldan azad olunaraq əsl sahibinə qovuşub. Bu müddət ərzində bölgə dağıntılara məruz qalmış, lakin bu gün burada həyat yenidən canlanmağa başlayıb. Region artıq sülhə və rifaha doğru addımlayır", - o qeyd edib.