BAKI, 8 mart. TELEQRAF

Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır.

Teleqraf-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.