
BAKI, 7 mart. TELEQRAF
"85 milyon vətəndaşımızın ortaq arzusu terrora son qoymaq, ölkəmizə qarşı bütün təhdidləri aradan qaldırmaqdır. Buna görə də prosesin təxribatına, sui-istifadəsinə və uzadılmasına yol verilməyəcək, hər kəs buna əmin olsun".
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O, fərqli coğrafiyalarda, fərqli adlar altında fəaliyyət göstərən PKK və onun bütün uzantılarının silahları dərhal və qeyd-şərtsiz təslim etməli olduqlarını vurğulayıb.