BAKI, 7 mart. TELEQRAF

Polşanın Baş naziri Donald Tusk Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, o, gələn həftə Türkiyəyə səfər edəcəyini və Ankaranın regionun sabitləşdirilməsində daha böyük rol oynaması ilə bağlı danışıqlar aparacağını açıqlayıb.

Tuskun Türkiyəyə səfəri Ankara ilə Varşava arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və Türkiyəni regional sabitliyin təmin edilməsində daha fəal rol almağa təşviq etmək məqsədi daşıyır.