
BAKI, 6 mart. TELEQRAF
Azərbaycan ilə Serbiya Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik olunub.
Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev martın 6-da sərəncam imzalayıb.
Sərəncama əsasən, “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilib.
Həmçinin "energetika nazirinin müavini" abzasından sonra "əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini" abzası əlavə edilib.