BAKI, 6 mart. TELEQRAF

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və gürcüstanlı həmkarı Maka Botçorişvili arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.