BAKI, 6 mart. TELEQRAF

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu ölkənin Xarici İşlər və Mühacirlər Nazirliyi Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Suriyadakı səfirliyimiz məlumat yayıb.

Görüş zamanı iki dost ölkə arasında konsulluq sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə olunub.