
BAKI, 6 mart. TELEQRAF
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri martın 6-da başa çatıb.
Teleqraf xəbər verir ki, Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər yola salıblar.