BAKI, 5 mart. TELEQRAF

"Prezident İlham Əliyevi Türkiyədə qarşılamaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimdə çıxışı zamanı deyib.

"Bu işlərdə əməyi olan qardaşlarımıza təşəkkür edirik. "Bir millət, iki dövlət" devizində təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük uğurlar əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiə sənayesindən tutmuş ticarətə qədər bir çox sahələrdə inkişaf edir. Enerji sektoru bizim üçün birinci yerdədir. Biz "Bakı-Tbilisi-Ərzurum" təbii qaz kəmərinin istifadəyə verilməsi ilə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə çalışmışıq. Azərbaycan qazının əhəmiyyətli bir hissəsini Avropaya çatdırmaqdan məmnunuq. Biz Can Azərbaycanla tam ahəngdarıq", - deyə Ərdoğan qeyd edib.