
BAKI, 5 mart. TELEQRAF
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İğdıra səfər ediblər.
Teleqraf İHA-ya istinadən xəbər verir ki, onlar İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimində iştirak edəcəklər.
Bildirilib ki, 2023-cü il sentyarın 250-də təməli prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən qoyulan İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin açılış mərasimi bu gün keçiriləcək.
İki ölkə prezidenti açılış mərasiminə videobağlantı vasitəsilə qoşulacaqlar.
Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyədə rəsmi səfərdədir.