.jpg)
BAKI, 4 mart, TELEQRAF
"Daha ədalətli bir dünya üçün "Stratcom Public Forum” çərçivəsində panelimiz dünyanın 20 ölkəsində baş tutacaq".
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” mövzusunda baş tutan tədbirə video müraciətində deyib.
"Bu panel Türkiyənin beynəlxalq aləmdə daha çox tanınmasına hədəflənib", - deyə Fəxrəddin Altun deyib.
Onun sözlərinə görə, bu gün dünyadakı beynəlxalq sistem sülhü təmin edə bilmir: "BMT-nin fəaliyyətindəki problemlər dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün təməl sütunları zəiflədir. Türkiyə hər zaman ədalət və barışın tərəfdarıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Cənab prezidentimizin “Dünya beşdən böyükdür” fikri BMT-də islahata ehtiyacı olduğunu bir daha göstərir".