.jpg)
BAKI, 4 mart. TELEQRAF
Bakıda Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” mövzusunda tədbir keçirilir.
Teleqraf xəbər verir ki, tədbiri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir açıb.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan və Türkiyənin himnləri səsləndirilib.