
BAKI, 26 fevral. TELEQRAF
“Ermənistan Azərbaycanla dəmiryolunun istismar şərtlərini sadələşdirməyə hazırdır”.
Teleqraf Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Pasinyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistanın təklifinə münasibəti müsbət olacaq: “Azərbaycanın qərbi ilə Naxçıvan arasında əlaqə yaratmaq üçün dəmiryolu Ermənistan ərazisindən keçəcək. Həm də hər iki ölkə beynəlxalq yük daşımaları üçün bir-birinin ərazisindən keçən dəmiryollarından istifadə etmək imkanı əldə edəcək".
Paşinyanın fikrincə, Azərbaycanın bu təklifdən imtina etməsi üçün heç bir əsas yoxdur: "Öz təkliflərimizi təqdim etməliyik, proses gedir. Digər tərəfdən, delimitasiya komissiyaları işləyir. Həll yolunu təklif etmişik və ümid edirik ki, Azərbaycan buna müsbət cavab verəcək”.