
BAKI, 21 fevral. TELEQRAF
ABŞ prezidentlərinin iqamətgahı kimi tanınan Oval Ofisin tarixi masası dəyişdirilib.
Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, 1850-ci illərdə İngilis Kral Donanmasının "HMS Resolute" adlı gəmisindən götürülmüş taxtadan hazırlanmış masa "C&O" adlı başqa bir masa ilə əvəz edilib.
"Resolute" 1880-ci ildə Kraliça Viktoriya tərəfindən ABŞ Prezidenti Ruterford Hayesə hədiyyə olaraq göndərilmişdi.
O da məlumdur ki, “Resolute”un yerinə qoyulan “C&O” adlı yazı masası əvvəllər Corc Buş və digər ABŞ prezidentləri tərəfindən də istifadə edilib.
ABŞ prezidentləri tarix boyu 6 fərqli masadan istifadə edib. Corc Volker Buşdan başqa son 50 ildə bütün prezidentlər “Resolute”a üstünlük veriblər.