BAKI, 16 fevral. TELEQRAF
Sabah Tehranda Xəzər İqtisadi Forumu keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, 17-18 fevral tarixlərində keçirləcək forumda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistanın baş nazirləri iştirak edəcək. Forumda iqtisadi, ticarət, elmi-texniki əməkdaşlıq, səhiyyə, enerji, maliyyə, turizm, azad ticarət zonalara investisiya qoyuluşunun artırılması, Xəzər dənizi ilə bağlı logistika məsələlərinin nailiyyətləri, son vəziyyətlə tanışlıq məsələləri müzakirə ediləcək.