BAKI, 4 noyabr. TELEQRAF

2027-ci ilin dövlət büdcəsinin layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə 643 milyon manat vəsait proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, bu göstərici bu da 2026-cı illə müqayisədə 10,9 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 115,9 milyon manat və ya 22% çoxdur.

2023-cü illə müqayisədə 2027-ci ildə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,2% bəndi, mütləq ifadədə isə 179,6 milyon manat və ya 38,8% artıb.

Həmin vəsaitin 238,8 milyon manatı və ya 37,%-i mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, saraylar, evlər, mədəniyyət mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılmasının maliyyə təminatı) xərclərinə, 68,4 milyon manatı və ya 10,6%-i televiziya, radio və nəşriyyat xərclərinə, 48,7 milyon manatı və ya 7,6%-i bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı və ya 3,5%-i yaradıcılıq ittifaqları, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərin, 264,3 milyon manatı və ya 41,2%-i bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.