BAKI, 4 noyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İngiltərənin “Aston Villa” komandasını 3:0 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə ilə UEFA turnirlərində İngiltərə klublarına qarşı ev oyunlarındakı məğlubiyyətsiz seriyasını 16 matça çatdırıb. Bu görüşlərin 11-də “Barselona” qalib gəlib, 5-də isə heç-heçə qeydə alınıb.
Ümumilikdə, İspaniya klubu İngiltərə təmsilçilərinə qarşı doğma meydanda 39 oyun keçirib. Bu matçlarda cəmi iki dəfə məğlub olan “Barselona”nı hər iki halda “Liverpul” üstələyib.
Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının cari mövsümündə 4 turdan sonra 9 xal toplayıb.