BAKI, 4 noyabr. TELEQRAF
2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqqı üzrə büdcə daxilolmalarında büdcə təşkilatlarının payı 2 milyard 467 milyon manat, qeyri-büdcə sektorunun payı isə 5 milyard 119,5 milyon manat olacağı proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu, "2027-ci ilin dövlət büdcəsi haqqında qanun" layihəsində öz əksini tapıb.
Məlumata görə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar cari ilin faktiki daxilolmaları nəzərə alınmaqla 130 milyon manat proqnozlaşdırılıb.
Məcburi dövlət sosial sığorta haqlarının proqnoz göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilən məlumatlarda 2026-cı il üzrə 1 milyard 185,5 manat, 2027-ci il üzrə isə 1 milyard 288,3 manat göstərilib. Fondun 2027-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə gözlənilən daxilolmaların həcminin, habelə növbəti illərin proqnoz rəqəmlərinin müəyyən edilməsi üçün qeyd edilən bu göstəricilər baza qismində qəbul edilərək büdcə tərtibi zamanı hesablamalarda nəzərə alınıb.