BAKI, 4 noyabr. TELEQRAF

3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin məbləğinin artırılması pronozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə 3 yaşınadək uşağa qulluğa görə ödəniləcək məbləğin 100 manat olması nəzərdə tutulub.

Xatırladaq ki, 2026-cı ildə sözügedən məbləğ 37,58 manat olub.