BAKI, 4 noyabr. TELEQRAF

"Növbəti il dövlət büdcəsində regionların büdcədən asılılığı daha da azalıb və rayonların dotasiyadan asılılığı isə tam olaraq aradan qaldırılıb. Naxçıvanın dotasiyamızda cari ilə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaqdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"Bu da onun hesabınadır ki, Naxçıvan öz yerli gəlirləri artır və artıq daha böyük hissə məhz Naxçıvanın yerli gəlirləri hesabına təmin ediləcəkdir", - deyə, nazir bildirib