BAKI, 4 noyabr. TELEQRAF

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləği artırılır.

Teleqraf xəbər verir ki, bu “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə uşağın doğulmasına görə ödəniləcək məbləğin 1500 manat olması proqnozlaşdırılır.

Xatırladaq ki, 2026-cı ildə sözügedən məbləğ 600 manat olub.