BAKI, 4 noyabr. TELEQRAF

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk ilk dəfə Ukrayna milli komandasına dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26 yaşlı hücumçu baş məşqçi Andrea Maldere tərəfindən UEFA Millətlər Liqasının qrup mərhələsinin son oyunları üçün açıqlanan 25 nəfərlik əsas heyətə daxil edilib.

Kaşuk daha əvvəl Ukraynanın U-17, U-19, U-20, U-21 və U-23 millilərində çıxış edib. O, 2019-cu ildə U-20 komandası ilə dünya çempionu olub və turnirin bütün 7 oyununda meydana çıxıb. 2023-cü ildə isə U-21 yığması ilə Avropa çempionatının yarımfinalına yüksəlib. Futbolçu Xorvatiya ilə 2:0 hesabı ilə başa çatan görüşdə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Kaşuk sonuncu dəfə 2024-cü ilin martında Ukraynanın olimpiya yığmasının heyətində Yaponiya ilə yoldaşlıq oyununda (0:2) meydana çıxıb.

Xatırladaq ki, Ukrayna millisi noyabrın 14-də səfərdə Şimali İrlandiya, ayın 17-də isə Gürcüstanla qarşılaşacaq.