BAKI, 14 fevral. TELEQRAF

Bəzi ölkələrin qurumları nəinki televiziyaların, həmçinin sosial şəbəkələrin də fəaliyyəti ilə məşğul olmağa başlayıb.

Teleqraf xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bugünkü brifinq zamanı deyib.

O bildirib ki, Audiovizual Şuranın isə sosial şəbəkədə bullinq və ya hər hansı digər zərərli materialın qarşısını almağa imkan verən səlahiyyəti yoxdur.