BAKI, 11 mart. TELEQRAF

Ötən il dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 83, bu ilin yanvar-fevral ayları ərzində isə 19 nəfər qəbul edilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.

"Həkimlərin səylərinə baxmayaraq, onlardan 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.