
XOCALI, 11 mart. TELEQRAF
İşğaldan azad olunan Xocalı şəhərində və Ballıca kəndində Yel çərşənbəsinin tonqalı alovlandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf-a verilən məlumata görə, tonqallar ətrafında şən musiqi sədaları altında rəqslər edilib, yallı gedilib.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Xocalı şəhərində 52, Ballıca kəndində isə 112 ailə məskunlaşıb.