BAKI, 11 mart. TELEQRAF

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Teleqrafa-a açıqlamasında bildirib ki, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin əmələ gəlməsinə əsas səbəb temperatur fərqidir:

“Dumanda görüş məsafəsinin 208 metrə qədər məhdudlaşması gözlənilir. Gündüz saatlarında temperaturun yüksək olması, axşam saatlarında isə temperatur aşağı enməsi dumanlı havaya səbəb olur. Bu hava şəraitinin martın 14-nə qədər fasiləli şəkildə davam edəcəyi gözlənilir”.