
BAKI, 11 mart. TELEQRAF
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
Teleqraf xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Şərur rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri reyd zamanı Şərur rayonu Xətai kənd sakini fiziki şəxs Əhmədov Rövşən İsmayıl oğlu tərəfindən ölmüş, istehlaka yararsız 59 kiloqram iribuynuzlu heyvan cəmdəyinin satışa çıxarılmasının qarşısı alınıb.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, ölmüş heyvan cəmdəyi məhv olunub.