.jpg)
BAKI, 11 mart. TELEQRAF
11 mart tarixində saat 08:16-da Quba rayonunda baş verən yol qəzası nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Şəlalə Ağayevaya bədənin bel və sarğı nahiyəsinin əziyi diaqnozu təyin edilib.
"Hazırda müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilən şəxsin yaxın günlərdə ambulator müalicəyə buraxılması nəzərdə tutulub",- məlumatda bildirilib.
Qeyd edək ki, Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində xəsarət alan 51 yaşlı fizika müəllimi Şəlalə Ağayeva Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.